İçeriğe geçmek için "Enter"a basın

Onun konsertində rəqs etmək qadağan olundu

04-03-2018

[r32]
xeber –

Məşhur misirli müğənni Tamer Hosni ilk dəfə olaraq Səudiyyə Ərəbistanında konsert verəcək. Lent.az xəbər verir ki, konsertin satışa çıxarılmış 6 min bileti saat yarımın içində satılıb. Biletlərin üzərində yazılmış bir qeyd isə diqqətlərdən qaçmayıb. Belə ki, təşkilatçılar qadın və kişilərin eyni zalda ayrı-ayrı hissələrdə izləyəcəyi konsertdə rəqs etməyin qadağan olduğunu elan edib.

 

 

Qeyd edək ki, Tamer Hosni müsəlman dünyasının ən məşhur estrada müğənnilərindən biri hesab edilir.

 



mənbə :
Lent.az

Onun konsertinde reqs etmek qadagan olundu