İçeriğe geçmek için "Enter"a basın

Pxenyan ABŞ-la danışıqların şərtini açıqladı

04-03-2018

[r32]
xeber –

Vaşinqton Pxenyandan ilkin tələblərin icra edilməsini tələb etməyəcəyi təqdirdə Şimali Koreya ABŞ-la danışıqlarda iştirak edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR XİN-in məlumatında bildirilir.“Onilliklərdir davam edən KXDR-ABŞ danışıqları dövründə biz hələ bir dəfə də olsun ABŞ-la hər-hansı ilkin şərtlərlə bağlı danışıqlar aparmamışıq. Bu gələcəkdə də davam etdiriləcək”, – deyə Şimali Koreya XİN-nin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Pxenyan dialoq və danışıqların köməyi ilə məsələləri dinc və diplomatik yolla nizamlamağa hazırdır. Diplomat qeyd edib ki, KXDR Vaşinqtona dialoq aparmağa yalvarmayacaq və ABŞ-ın bəyan etdiyi hərbi variantdan yayınmayacaq: “Pxenyan tərəfləri narahat edən məsələləri bərabər hüquqluluq əsasında müzakirə etməyə hazırdır”.

Он отметил, что КНДР “готова мирно и дипломатическим путем разрешать вопросы с помощью диалога и переговоров”, но не станет “умолять о диалоге или избегать военного варианта, о котором заявляют США”. Представитель добавил, что КНДР намерена обсуждать беспокоящие две стороны вопросы “на равноправной основе”.

XİN nümayəndəsi həmçinin KXDR-in nüvə proqramının ləğv olunmasına dair Vaşinqtonun niyyətini gülünc adlandırıb.

 


mənbə :
Lent.az

Pxenyan ABS-la danisiqlarin sertini aciqladi