İçeriğe geçmek için "Enter"a basın

Ronaldu 300-cü qolunu vuraraq 'Real'ın qalib gəlməsinə kömək edib

04-03-2018

[r32]

4 Mart, 2018  02:24 xeber – İspaniyanın futbol çempionatının 27-ci turu çərçivəsində “Real” “Xetafe”ni qəbul edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.
Meydan sahiblərinin heyətində Qaret Beyl (24-cü dəqiqədə) və Kriştian Ronaldu (45, 78-ci dəqiqədə) fərqləniblər. Qonaqların heyətində Fransisko Portilyo (65-ci dəqiqədə) penalti ilə hesab arasındakı fərqi azaldıb.
Ronaldu bununla İspaniya çempionatındakı 286 oyunda 300-cü və 301-ci qolunu vurub. Portuqaliyalı oyunçu turnirin tarixində qollarının sayına görə ikinci olub.
“Real” bununla 54 xal toplayaraq, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. “Xetafe” isə 36 xalla 10-cu yerdə mövqe tutub.

mənbə :
Report.az

Ronaldu 300-cu qolunu vuraraq ‘Real’in qalib gelmesine komek edib