İçeriğe geçmek için "Enter"a basın

Premyer Liqa: 'Sumqayıt' 'Qarabağ' matçı heç-heçə ilə yekunlaşıb

03-03-2018

[r32]

3 Mart, 2018  20:30 xeber – Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, “Kapital Bank” arenada “Sumqayıt” “Qarabağ”ı qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Amil Yunanov açıb. O, çempionatda 7-ci qolunu vurub.
“Qarabağ” hesabda tarazlığı 75-ci dəqiqədə Pedro Enrikenin dəqiq zərbəsi ilə yarada bilib. Beləliklə, xallarını 45-ə çatdıran “Qarabağ” birinci, 28 xala malik “Sumqayıt” 4-cü pillədə qalıb.
Oyuna maraq kifayət qədər böyük olub. 1500 tamaşaçı tutumuna malik stadionda daha bu qədər azarkeş pilləkənlərdə və hasar arxasından da baxıb.

mənbə :
Report.az

Premyer Liqa: ‘Sumqayit’ ‘Qarabag’ matci hec-hece ile yekunlasib