[r32]
2018-03-02T19:40 xeber – Bu gün bir neçə xəbər saytında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirdiyi və beyninə qan sızdığı barədə xəbərlər yayılıb.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Sputnik Azərbaycan-a açıqlamasında yayılmış xəbərlərin yalan olduğunu vurğulayıb.
“Bu gün saat 17 radələrində Ankaradan aldığım məlumatda deyilir ki, bu günə qədər aparılan müayinələrin nəticəsində İsa bəydə hər hansı ciddi problem olduğu aşkarlanmayıb. Müayinə və müalicə uğurla davam edir” – deyə partiya rəsmisi bildirib.
Gülağa Aslanlı onu da deyib ki, “yanlış məlumat yayanların kim olduğu hamımıza məlumdur”.
Qeyd edək ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problemlər yaranmışdı və o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilmişdi.
mənbə :
Sputnik
"İsa Qəmbərin səhhəti ilə bağlı son məlumat"
02-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib