İçeriğe geçmek için "Enter"a basın

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiqlənib

02-03-2018

[r32]

2 Mart, 2018  18:24 xeber – Bu gün Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.

Fonddan “Report”a verilən məlumata görə, iclas zamanı maraqlı tərəflərin iştirakı ilə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq edilib.

İclas iştirakçıları 2017-ci il üzrə HSŞ hesabatlılığı prosesi ətrafında müvafiq müzakirələr apararaq prosesə başlanılması ilə bağlı qərar qəbul ediblər.

mənbə :
Report.az

Hasilat Senayesinde Seffafliq uzre Komissiyanin 2018-ci il ucun Fealiyyet plani tesdiqlenib