[r32]
2018-03-01T11:16 xeber – Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə çalışan hər bir qadına 8 mart günü 11 dollar (18.70 manat) məbləğində pul hədiyyə verəcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, sahibkarlıq formasından asılı olmayaraq müəssisə və təşkilatlarda çalışan qadınlara pul hədiyyəsi veriləcək.
Bununla yanaşı, prezidentin hədiyyəsi təqaüd və dövlət mükafatları alan, aspirantura və doktranturada təhsil alan şəxslərə, tələbələrə, məktəblilərə və uşaq baxçasında çalışan tərbiyəçilərə şamil edilir.
Xatırladaq ki, qadınlara pul hədiyyəsi verilməsi ənənəsi Türkmənistanın ilk prezidenti Safarmurad Niyazovun dövründən başlayıb.
mənbə :
Sputnik
"Türk dövlətində qadınlarla bağlı sürpriz qərar"
01-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib