İçeriğe geçmek için "Enter"a basın

Venesuela-Kolumbiya sərhədində silahlı qarşıdurma olub, ölənlər var

01-03-2018

[r32]

1 Mart, 2018  05:48 xeber – Venesuela-Kolumbiya sərhədində silahlı qarşıdurma olub.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Toqquşma Taçira ştatının Urenyası bələdiyyəsi ərazisində ötən çərşənbə axşamı baş verib. Bildirilir ki, toqquşma zamanı 7 nəfər həlak olub. Onların 5-i kişi, 2-i qadındır. Həlak olanlar Kolumbiya vətəndaşlarıdır.

Ştatın təhlükəsizlik orqanlarının əməkdaşları hadisə yerindən silah-sursat, üç avtomobil, bir o qədər də motosikl götürüb. Venesuela və Kolumbiya arasında 2,2 min kilometr uzunluğa malik sərhəd qaçaqmalçıların və narkomafiyanın irsi torpağıdır.
mənbə :
Report.az

Venesuela-Kolumbiya serhedinde silahli qarsidurma olub, olenler var