İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan ötən il Rusiyaya pomidor ixracında birinci yerə çıxıb

01-03-2018

[r32]

1 Mart, 2018  04:19 xeber – Azərbaycan 2017-ci ildə Rusiyanın ən böyük pomidor ixracatçısı olub.
“Report” xəbər verir ki, bu barədə “Aqroinvestor” Rusiyanın Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, ötən il pomidorun çəkisi 151 min tona çataraq, qiyməti 151 milyon dollar təşkil edib. Beləliklə, idxalın illik həcmində Azərbaycanın payı 2016-cı ildəki 22 faizdən 30 faizə qədər artıb.
“Aqroinvestor”un məlumatına görə, Azərbaycanın ixrac etdiyi pomidorların 99,8 faizi Rusiyada göndərilir.
İxracata görə siyahıda ikinci yerdə Çin dayanır. Ölkə 2016-cı illə müqayisədə ötən il Rusiyaya ixracatı 26 faiz artıraraq, 109 min tona çatdırıb.
2016-cı ildə görə birinci yeri tutmuş Mərakeş əksinə, ötən il idxalı 23 faiz – 97 min tona qədər azaldıb və ən böyük təchizatçıların arasında üçüncü yerə çıxıb. 

mənbə :
Report.az

Azerbaycan oten il Rusiyaya pomidor ixracinda birinci yere cixib