İçeriğe geçmek için "Enter"a basın

İtaliya kubokunda finalçılar bilindi - YENİLƏNİB

01-03-2018

[r32]
xeber –

İtaliya kubokunda ikinci finalçı bəlli olub. Apasport.az saytının məlumatına görə, kubokun yarımfinal mərhələsinin digər cütlüyü münasibətlərinə aydınlıq gətirib.

 

Son finalçı "Latsio" "Milan"ı qəbul edib. Milanda olduğu kimi, Romadakı qarşılaşmada da qapılara qol vurulmayıb. Nəticədə penaltilər seriyasına ehtiyac duyulub. Son zərbələrdə daha dəqiq oynayan "Milan" finalda "Yuventus"a rəqib olub.

 

Həlledici görüş mayın 9-da Romadakı "Olimpiya" stadionunda keçiriləcək.

 

İtaliya kuboku

 

Yarımfinal (cavab oyunu)

 

 "Latsio" – "Milan" – 0:0

 

Penaltilərlə – 4:5

 

İlk oyun – 0:0

 

***

 

İtaliya kubokunda ilk finalçının adına aydınlıq gəlib.

 

Apasport.az saytının məlumatına görə, kubokun son qalibi "Yuventus" yenidən həlledici matça vəsiqə əldə edib.

 

"Qoca sinyora" yarımfinal mərhələsində "Atalanta" üzərində qələbə qazanıb. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan turinlilər doğma azarkeşləri önündə keçirdikləri cavab matçında da 1 qolla qalib gəliblər. Bununla "Yuve" mayın 9-da Romadakı "Olimpiya" stadionunda baş tutacaq final görüşündə iştirak hüququ əldə edib.

 

İtaliya kuboku

 

Yarımfinal (cavab oyunu)

 

"Yuventus" – "Atalanta" – 1:0

 

Qol: Pyaniç, 75 (pen.)

 

İlk oyun – 1:0

 



mənbə :
Lent.az

İtaliya kubokunda finalcilar bilindi – YENİLENİB