İçeriğe geçmek için "Enter"a basın

Britaniyada baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb

01-03-2018

[r32]

1 Mart, 2018  01:45 xeber – Britaniyanın hüquq-mühafizə orqanları Lesterdə üçmərtəbəli evdə baş vermiş yanğın və partlayış hadisəsi ilə bağlı 3 nəfəri saxlayıb.
“Report” “RT”ə istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, saxlanılanlar sorğu-sual olunurlar. Xatırladaq ki, hadisə fevralın 25-də baş verib. Hadisə zamanı 5 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Binada yanğının və partlayışın səbəbləri hələ müəyyənləşdirilməyib. Binanın birinci mərtəbəsində ərzaq mağazası fəaliyyət göstərib. Digər iki mərtəbədə isə mənzil yerləşib.

mənbə :
Report.az

Britaniyada bas vermis partlayisla bagli bir nece nefer saxlanilib