İçeriğe geçmek için "Enter"a basın

Abşeronda oğul anasını bıçaqlayıb - YENİLƏNİB

01-03-2018

[r32]

1 Mart, 2018  00:25 xeber – Abşeronda oğulun anasını bıçaqlamasının təfərrüatı məlum olub. 
“Report” xəbər verir ki, 14 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib. 
Qadının vəziyyəti ağırdır. Qeyd edək ki, hadisəni törətmiş S.Zalov qaçıb. 

***23:28
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı 17 yaşlı oğlu tərəfindən 4 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

mənbə :
Report.az

Abseronda ogul anasini bicaqlayib – YENİLENİB