[r32]
1 Mart, 2018 00:07 xeber – Samuxda qadın əri tərəfindən döyülüb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1969-cu il təvəllüdlü S.Ə əri tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.
Qadının hansı səbəbdən döyüldüyü isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az