İçeriğe geçmek için "Enter"a basın

"Prezidentdən əhalinin sağlamlığının qorunmasına dair mühüm addım"

28-02-2018

[r32]
2018-02-28T22:26 xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. 
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir..
mənbə :
Sputnik

“Prezidentden ehalinin saglamliginin qorunmasina dair muhum addim”