İçeriğe geçmek için "Enter"a basın

"Bu yolda günün pik saatlarında tıxac olur"

28-02-2018

[r32]
2018-02-28T19:27 xeber –

Ceyhun Səlimov küçəsinin bağlı olduğundan sürücülərin alternativ yol kimi Tbilisi prospektindən istifadə etmələridi.

BAKI, 28 fevral — Sputnik. Bakının Tbilisi prospektinin Şəfayət Mehdiyev və Həsən Əliyev küçələri ilə kəsişməsində günün pik saatlarında tıxac yaranır. Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Yol Polis əməkdaşından açıqlamasında müxbirimizə bildirib ki, DYP işçiləri yol hərəkətinin tənzimlənməsi ilə məşğul olduğunu bildirsə də, həmin vaxt tıxacın qaçılmaz olduğunu deyib.

Tıxacın yaranması səbəbləri barədə danışan polis əməkdaşı kəsişmədə yerləşən dairənin kiçik olması, üstəlik dairənin iki tərəfində avtobus dayanacağının və piyada keçidinin olmasının nəqliyyatın hərəkətində sıxlığa səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, tıxacın yaranma səbəblərindən biri də yeni metro stansiyasının tikintisi ilə əlaqədar Ceyhun Səlimov küçəsinin bağlı olduğundan sürücülərin alternativ yol kimi Tbilisi prospektindən istifadə etmələridir.

mənbə :
Sputnik

“Bu yolda gunun pik saatlarinda tixac olur”