İçeriğe geçmek için "Enter"a basın

SOCAR-ın rəhbərliyi şirkətin Sumqayıtda yerləşən müəssisələrində görülən işlərlə tanış olub

27-02-2018

[r32]

27 Fevral, 2018  20:25 xeber – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri fevralın 27-də SOCAR-ın Sumqayıtda yerləşən müəssisələrində olublar.
“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Rövnəq Abdullayev Karbamid zavodunda aparılan tikinti işləri ilə maraqlanıb. 
SOCAR-ın rəsmiləri zavodun ərazisini gəzib, Mərkəzi İdarəetmə Sistemi ilə tanış olub, karbamid saxlanılacaq anbarlara baxış keçirib, mütəxəssislərlə görüşüblər.
Sonra SOCAR Polymer müəssisəsində istehsalatın müxtəlif zonaları və tikinti-tamamlanma işlərinin gedişi ilə tanışlıq olub.
Daha sonra SOCAR-ın rəsmiləri “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna gəliblər. Burada aparılan işlərin gedişi və yeni qurğuların tikintisi ilə maraqlanan R.Abdullayevə məlumat verilib ki, hazırda “Azərikimya” İB-də texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğuların və yardımçı sahələrin inşası davam etdirilir.
SOCAR-ın prezidenti Sumqayıt şəhərindəki cüdo idman zalında aparılan əsaslı təmir işləri ilə də tanış olub.
Sonda “Azərikimya” İB-nin baş ofisindəki konfrans zalında vitse-prezidentlərin, SOCAR Polymer və Karbamid zavodlarının, həmçinin Birliyin nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə reallaşdırılan layihələrin vəziyyəti ilə bağlı SOCAR-ın prezidentinə məlumatlar verilib, təqdimatlar ətrafında geniş müzakirələr aparılıb. R.Abdullayev müzakirə olunan məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

mənbə :
Report.az

SOCAR-in rehberliyi sirketin Sumqayitda yerlesen muessiselerinde gorulen islerle tanis olub