[r32]
2018-02-27T18:38 xeber – Türkiyə baş nazirinin müavini, hökumətin sözçüsü Bəkir Bozdağ PYD terror qruplaşmasının liderlərindən biri olan Salih Müslümün Praqa məhkəməsinin qərarı ilə sərbəst buraxılmasına münasibət bildirib.
Sputnik Azərbaycan “Habertürk”ə istinadla xəbər verir ki, Bəkir Bozdağ bu qərarın terror qruplaşmalarına dəstək xarakteri daşıdığını söyləyib.
Onun sözlərinə görə, bir çox ölkə PYD-nin əliqanlı bir terror qruplaşması olduğunu bilir: “Türkiyədə onun bir çox qanlı cinayətlərdə əli var. Belə qərarlar siyasi olur. Bu, Türkiyəyə qarşı terror fəaliyyətinə dəstək qərarıdır. Biz qəti şəkildə mübarizəmizə davam edəcəyik. Terrorların və terror qruplaşmalarının rəngi, dili, dini və mili mənsubiyyəti olmaz”.
O, bildirib ki, hər ölkəylə Türkiyənin arasında ekstradisiya sazişi var. Hüquqa riayət edilsəydi, onun Türkiyəyə ekstradisiya edilməsi üçün müvəqqəti olaraq həbs olunmasına qərar verilərdi.
mənbə :
Sputnik
"Türkiyədən Salih Müslim qərarına sərt etiraz: Terroru dəstəklədiniz"
27-02-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib