İçeriğe geçmek için "Enter"a basın

FHN: İrana məxsus yük gəmisinin heyət üzvünün axtarışlarına helikopter və gəmi cəlb olunub

27-02-2018

[r32]

27 Fevral, 2018  18:51 xeber – İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir. 
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, axtarışlar Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində aparılır. 
Bu gün aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub. 
Əlavə məlumat veriləcək.

mənbə :
Report.az

FHN: İrana mexsus yuk gemisinin heyet uzvunun axtarislarina helikopter ve gemi celb olunub