İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Hesablama Palatası beynəlxalq videokonfransda iştirak edib

27-02-2018

[r32]

27 Fevral, 2018  16:24 xeber – Bu gün MDB-yə üzv olan dövlətlərin ali maliyyə nəzarəti qrqanlarının rəhbərlər Şurasının XVII və XVIII sessiyasında qəbul olunmuş İş Planına əsasən videokonfrans keçirilib.
“Report” bu barədə Azərbaycan Hesablama Palatasına istinadən xəbər verir.
Konfransda üzv dövlətlərdən Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Moldovanın ali audit qurumlarının əməkdaşları iştirak ediblər. Azərbaycan Hesablama Palatasını videokonfransda icmal-analitik şöbənin əməkdaşları təmsil ediblər.
Videokonfransda dövlət büdcəsinin icrasına dair illik hesabata rəy, auditin keçirilməsi zamanı aşkar edilmiş nöqsanların təsnifatının tətbiq etmə təcrübəsi, maliyyə hesabatlarının təhlili kimi məsələlər üzrə müzakirə olunub. 
Konfransda dövlət büdcəsinin icrası lə bağlı rəylərin tərtib edilməsi prosesində rast gəlinən əsas problemlər müzakirə edilib, həmçinin büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən təqdim edilən hesabat məlumatlarının forması və təqdim edilmə müddəti, həmin məlumatların rəylərdə istifadə imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, nəzarət tədbirlərinin nəticəsi olaraq müəyyən edilmiş nöqsanların təsnifləşdirilməsi istiqamətində Rusiyanın təcrübəsi ilə bağlı məlumatlar təqdim edilib, Azərbaycanın bu sahədə yanaşması üzrə suallar cavablandırılıb.
Konfransın sonunda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.

mənbə :
Report.az

Azerbaycan Hesablama Palatasi beynelxalq videokonfransda istirak edib