İçeriğe geçmek için "Enter"a basın

KPMG: 2025-ci ilə İslam iqtisadiyyatı 7 trln. dollara yüksələcək

27-02-2018

[r32]

27 Fevral, 2018  16:13 xeber – İslam iqtisadiyyatının aktivlərinin ümumi həcmi 2025-ci ildə 7 trln. ABŞ dollarına çatacaq. “Report” “Rambler News Service”ə istinadən xəbər verir ki, bu proqnozu “Rusiya – əməkdaşlığın zamini” adlı I Rusya İslam İqtisadiyyatı Forumunda KPMG beynəlxalq audit şirkəti İdarə Heyətinin Rusiya və MDB üzrə sədri Oleq Qoşanskiy verib.
Qoşanskiy bildirib ki, İslam dünyasının əhalisi 2025-ci ilə 2 mlrd. nəfər təşkil etməlidir: “Bu, dünya əhalisinin 25%-i deməkdir. İslam biznesinin aktivləri 7 trln. dollar təşkil edəcək. Rəqəmlər öz sözünü deyir”.
“Bu, danılmaz amildir ki, konvensional bankçılığın marjinallığı, mənfəətliliyi azalır. Kommersiya nöqteyi-nəzərdən İslam bankçılığının inkişafı və geniş yayılması daha alktual olacaq”, – deyə Qoşanskiy qeyd edib.
KPMG meneceri “İslam bankaçılığı ildə 9,5% artım göstərir. Lakin, buna baxmayaraq, hələ də qlobal bankçılığın 5%-ni təşkil edir”, – deyə əlavə edib.
Qeyd edək ki, İslam bankçılığı spekulyasiyalar və faizləri, alkoqol və tütünün maliyyələşdirilməsini qadağan edir. İslam bankçılığında mənfəət, layihələrdə pay iştirakçısı kimi və malın maya dəyəri və son qiyməti arasındakı fərqdən əldə edilir.

mənbə :
Report.az

KPMG: 2025-ci ile İslam iqtisadiyyati 7 trln. dollara yukselecek