İçeriğe geçmek için "Enter"a basın

Prezident: “Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır”

27-02-2018

[r32]

27 Fevral, 2018  15:58 xeber – “Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır”.
“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə müəssisələrinin açılış mərasimində deyib.
“Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir”, – deyə, dövlət başçısı əlavə edib.
O bildirib ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub: “İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun”.

mənbə :
Report.az

Prezident: “Azerbaycan sermaye qoyulusu ucun cox elverisli mekandir”