İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlıq genişləndiriləcək

27-02-2018

[r32]

27 Fevral, 2018  15:40 xeber – Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun vurğulandığı görüşdə bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi bildirilib.
Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.

mənbə :
Report.az

Azerbaycanla Serbiya arasinda herbi emekdasliq genislendirilecek