İçeriğe geçmek için "Enter"a basın

'Apple' üç yeni smartfon modeli buraxmağı planlaşdırır

27-02-2018

[r32]

27 Fevral, 2018  08:29 xeber – “Apple” şirkəti cari ilin sonunda üç yeni “iPhone” modeli – indiyədək istehsal edilən modellərin ən böyük ekranlısı, “iPhone X”in yenilənmiş versiyası və flaqman smartfonunun büdcəli versiyasını buraxmağı planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi mənbəyə istinadən “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, smartfonlar yenilənmiş əməliyyat sistemi (ola bilsin iOS 12) və funksiyaları genişləndirilmiş “Siri” fərdi köməkçisi ilə təchiz ediləcək.
“D33” təyinatı alan “böyük” smartfonun ekranı bütün ön paneldə 6.5 dyüm olacaq və ehtimal ki, “ayrılmış ekran” funkisyası ilə təchiz ediləcək.

mənbə :
Report.az

‘Apple’ uc yeni smartfon modeli buraxmagi planlasdirir