[r32]
27 Fevral, 2018 03:06 xeber – “Nə qədər ki, Azərbaycan mövcuddur, nə qədər ki, Azərbaycanlılar var, bizim xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə keçirilən tədbirin açılış mərasimində deyib.
Səfir qeyd edib ki, Ermənistanın özündə elə çoxlu sayda insan bu faciənin nə qədər dəhşətli olduğunu başa düşür.
“Dünya ictimaiyyəti tərəfindən qınanmazsa, törədilmiş müsibət və zülm mütləq təkrarlanacaq. Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un rəhbəri Leyla Əliyeva tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı böyük işlər görülür”, – deyə Polad Bülbüloğlu əlavə edib.
Əlavə olunur…
mənbə :
Report.az