İçeriğe geçmek için "Enter"a basın

Monqolustanda dabaq xəstəliyi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

27-02-2018

[r32]

27 Fevral, 2018  02:42 xeber – Monqolustanın 19 ərazi vahidində – somonda dabaq xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Ərzaq, Kənd Təsərrüfatı və Yüngül Sənaye Nazirliyi məlumat yayıb.
Yerli hökumət xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə Rusiyadan 500 min doza vaksin alıb. İlin əvvəlindən xəstəliyin baş qaldırması səbəbindən 3268 baş mal-qara məhv edilib.

mənbə :
Report.az

Monqolustanda dabaq xesteliyi ile elaqedar fovqelade veziyyet elan edilib