[r32]
27 Fevral, 2018 02:12 xeber – Tbilisi şəhərinin mərkəzində yerləşən böyük əşya bazarında yanğın baş verib. Əraziyə təqribən 35 yanğınsöndürmə briqadası cəlb olunub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “İmedi” teleşirkəti məlumat yayıb.
Hazırda yanğının səbəbləri məlum deyil. Şəhər meri Kaxa Kaladze hadisə yerinə gəlib.
mənbə :
Report.az