[r32] 
                26 Fevral, 2018  20:29 xeber – Cəlilabad rayonunda 19 yaşlı gənc döyülüb.
“Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Dövlətəlibəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1999-cu il təvəllüdlü Elsever Elaydın oğlu Həsənov tanıdığı şəxs tərəfindən döyülüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.  
mənbə : 
Report.az