İçeriğe geçmek için "Enter"a basın

Xocalı soyqırımı qurbanlarının xatirəsi Buxarestdə anılıb

26-02-2018

[r32]

26 Fevral, 2018  19:54 xeber – Azərbaycanın Rumıniyadakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, tədbirdə ölkəmizin Rumıniyadakı səfirliyin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. 
Tədbir işitirakçıları ilk olaraq Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra çıxış edənlər Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıblar.
İştirakçlara “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilib, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanıb. Soyqırımla bağlı səfirlik tərəfindən hazırlanan “Press-reliz” Rumıniyanın yerli kütləvi informasiya vasitələrinə, Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.
Rumıniyanın milli xəbər agentliyi olan AGERPRES-də Xocalı faciəsi barəsində məlumat yerləşdirilib, səfirliyin sosial şəbəkələrdə mövcud olan səhifələrində Xocalı faciəsi ilə bağlı müxtəlif məlumatlar paylaşılıb.

mənbə :
Report.az

Xocali soyqirimi qurbanlarinin xatiresi Buxarestde anilib