[r32] 
                26 Fevral, 2018  19:34 xeber – Cəlilabad rayonunda dava baş verib. 
“Report”un Aran bürosu xəbər verir ki, hələlik məlum olmayan səbəbdən düşən dava zamanı iki qardaş – rayonun Privolnoye kənd sakinləri – 1979-cu il təvəllüdlü Surac Məhərrəm oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Tural Məhərrəm oğlu Məmmədov döyülüblər. 
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.  
mənbə : 
Report.az