İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda 55 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

26-02-2018

[r32]

26 Fevral, 2018  12:12 xeber – Əmlak Məsələləri Dövlət Komitəsi martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərraca 23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsi olmaqla 55 dövlət əmlakı çıxarılıb.
İnvestorlara təklif olunan kiçik dövlət müəssisə və obyektlərinin 4-ü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Həmin əmlaklar Şirvan şəhərində, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Onların arasında Şirvandakı Mexanizasiya Sahəsi, Zaqataladakı 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstə kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kv.m-ə yaxındır.
Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı paytaxtda, 8-i Sumqayıtda qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 – 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Yevlax Kəndkimya Təchizat”, “Astara çay-3”, “Şıxlar Broyler”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətlər var. Onların özəlləşdirməyə çıxarılmış səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir. 

mənbə :
Report.az

Azerbaycanda 55 dovlet emlaki ozellesdirmeye cixarilib