İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan boksçuları Qomeldən 4 qızıl, 2 gümüş medalla qayıdır

26-02-2018

[r32]

26 Fevral, 2018  09:58 xeber – Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb.
“Report”un xəbərinə görə, baş məşqçi Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib.
Turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Əflatun Babayevlə (52 kq) İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər.

mənbə :
Report.az

Azerbaycan boksculari Qomelden 4 qizil, 2 gumus medalla qayidir