İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da fırtına bir neçə nəfərin ölümünə səbəb olub

26-02-2018

[r32]

26 Fevral, 2018  06:18 xeber – ABŞ-da fırtına bir neçə nəfərin ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb.
Məlumatda bildirilir ki, Kentukki və Arkanzas ştatlarında fırtına səbəbindən 4 nəfər həyatını itirib.
Daha əvvəl bildirilirdi ki, Kentukki ştatında fırtına 2 nəfərin ölümünə səbəb olub. Məlumata görə, təbii hadisənin 3-cü qurbanı ştatın Henderson qraflığının sakinidir. Onun cəsədi avtomobildə tapılıb.
Arkanzasda isə bir nəfər küləyin onun avtomobilini aşırması nəticəsində həlak olub. 

mənbə :
Report.az

ABS-da firtina bir nece neferin olumune sebeb olub