İçeriğe geçmek için "Enter"a basın

Britaniyada baş verən partlayışda yaralananların sayı artıb - VİDEO - FOTO - YENİLƏNİB-2

26-02-2018

[r32]

26 Fevral, 2018  04:19 xeber – Britaniyanın Lester şəhərində baş vermiş partlayışda xəsarət alanların sayı 6-a çatıb.
“Report” “RT”ə istinadən xəbər verir ki, bu barədə yerli tibb müəssisəsinin “Twitter”ində bildirilir.
“Lesterin kral xəstəxanasına hadisə yerindən 6 nəfərin çatdırılmasını təsdiqləyə bilərik. Yaralılardan 2-i kritik vəziyyətdədir”, – deyə məlumatda bildirilir. 
Qeyd edək ki, ötən gün Lester şəhərində ərzaq mağazasında partlayış baş verib. Nəticədə ikimərtəbəli bina dağılıb.

***02:08
Britaniyanın Lester şəhərində ərzaq mağazasında baş vermiş partlayış zamanı 4 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “BreakingNNow”in “Twitter”ində məlumat verilib.
Tibb müəssisəsindən 4 nəfərin xəsarət aldığını təsdiqləyiblər. Onların kritik vəziyyətdə olduğu bildirilir.
Qeyd edək ki, Lester şəhərindəki ərzaq mağazalarından birində partlayış olub. Nəticədə ikimərtəbəli bina dağılıb.
Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

***00:35
Britaniyanın Lester şəhərində güclü partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” yerli polisə istinadən məlumat yayıb.

“Saat 19:19-da Lester şəhərində, Hinkli-roudda güclü partlayış olub. Bütün xilasetmə xidməti hadisə yerində işləyir. Karlaysl-strit və Hinkli-rioudun bir hissəsi bağlanılıb. Xahiş edirik hadisə yerindən uzaq olun”, – deyə məlumatda bildirilir.

Təfərrüatlar açıqlanmır. Xəsarət alanlar barədə məlumat yoxdur. 


mənbə :
Report.az

Britaniyada bas veren partlayisda yaralananlarin sayi artib – VİDEO – FOTO – YENİLENİB-2