İçeriğe geçmek için "Enter"a basın

Rumıniyada sərt hava səbəbindən məktəblər bağlanacaq

26-02-2018

[r32]

26 Fevral, 2018  03:28 xeber – Bu gündən başlayaraq Rumıniya ərazisində hökm sürəcək hava şəraiti ölkənin təhsil müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərəcək.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxt Buxarest də daxil olmaqla, ölkənin cənub rayonlarında güclü külək və qar yağacaq.
Buxarest şəhər meri Qabriela Firea keçirdiyi mətbuat konfransında bildirib ki, küləkli və şaxtalı hava səbəbindən paytaxt da daxil olmaqla, bir sıra rayonlarda 26-27 fevral tarixlərində məktəblər bağlanacaq. Temperatur normalda ilin bu vaxtı ilə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Kürəyin sürətinin saatda 55-65 kilometr olacağı gözlənilir.
Öz növbəsində Bolqarıstan və Rumıniya Xarici İşlər nazirlikləri də bəyanat yayaraq, güclü külək, çovğun və şaxtalı hava şəraiti səbəbindən vətəndaşları bu ərəfədə Balkan ölkələrinə səfər etməkdən çəkindiriblər.

mənbə :
Report.az

Ruminiyada sert hava sebebinden mektebler baglanacaq