İçeriğe geçmek için "Enter"a basın

"İraqda 16 türk qadına ölüm hökmü çıxarıldı"

25-02-2018

[r32]
2018-02-25T20:22 xeber – İraq məhkəməsi İŞİD terror təşkilatına üzv olmaq ittihamı ilə Türkiyənin 16 vətəndaşı barədə ölüm hökmü çıxarıb. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, məhkəmə barələrində edam cəzası çıxarılanların hamısının qadın olduğunu açıqlayıb.
Hakim Əbdül Səttar əl-Birkdar yekun hökm çıxarılan zaman deyib: “Bu qadınlar İŞİD üzvü olduqları və İŞİD üzvü olan şəxslərlə evli olduqlarını etiraf etdikdən sonra belə qərar çıxarılıb”. Hakim, qadınların türror aksiyalarının həyata keçirilməsinə dəstək olduqları və yaxından köməklik göstərdiklərini etiraf etdiklərini də vurğulayıb.
Qeyd edək ki, İraq məhkəməsi ötən həftə İŞİD üzvü olan başqa bir türk qadın barəsində edam hökmü çıxarmışdı.
mənbə :
Sputnik

“İraqda 16 turk qadina olum hokmu cixarildi”