[r32] 
                25 Fevral, 2018  19:55 xeber – Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
“Report”un məlumatına görə, turun son oyununda “Qarabağ” və “Kəpəz” komandaları üz-üzə gəlib.
“Azərsun Arena”da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda vurub. 
Bununla da “Kəpəz” Yunid Hüseynovun baş məşqçi olduğu dövrdə növbəti məğlubiyyətlə üzləşib və 7 xalla sonuncu pillədə qalıb. Xallarını 44-ə çatdıran “Qarabağ” isə ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini 9-a çatdırıb. 
mənbə : 
Report.az