İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan boksçusu 'Strandja' turnirində bürünc medal qazanıb

25-02-2018

[r32]

25 Fevral, 2018  14:08 xeber – Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb.
“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.
52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.
Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən “Strandja” turnirini bürünc medalla başa vurub.

mənbə :
Report.az

Azerbaycan bokscusu ‘Strandja’ turnirinde burunc medal qazanib