[r32]
2018-02-25T10:31 xeber – Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində baş verib.
Kənd sakini 1982-cü il təvəllüdlü Cəfərova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.
Məlumata görə, M. Cəfərova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı iiə ailəlidir, bir övladı var.
Fakt bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
mənbə :
Sputnik
"Daşkəsəndə qadın qeyri-rəsmi yaşadığı şəxs tərəfindən öldürülüb"
25-02-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib