İçeriğe geçmek için "Enter"a basın

Salyanda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

24-02-2018

[r32]

24 Fevral, 2018  17:44 xeber – Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün Ələr-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Samir Mərdan oğlunun idarə etdiyi “Ford” markalı avtomobillə Salyanın Sarvan kənd sakini, 1969-cu il təvəllüdlü Gözəlov Samid Gülhüseyn oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Salyanda iki avtomobil toqqusub, suruculer xesaret alib