İçeriğe geçmek için "Enter"a basın

'Report': Gələn həftə avro üçün gərgin keçəcək

24-02-2018

[r32]

24 Fevral, 2018  11:43 xeber – Avro ardıcıl ikinci həftəni ucuzlaşma ilə tamamlayıb. İnvestorlar önümüzdəki həftə Avropanın siyasi həyatında gözlənilən hadisələr öncəsi avroda mövqelərini azaltmaq qərarına gəliblər. “Report” xəbər verir ki, martın 4-də İtaliyada parlament seçkiləri və Almaniyada sosial-demokratların A.Merkelin rəhbərlik etdiyi hökumət koalisiyasına qoşulması barədə səsvermənin nəticələri bəlli olacaq. Hər iki hadisənin maliyyə bazarlarında volatillik yaradacağı gözlənilir.
Fransanın ən iri bankı “Credit Agricole”un FX bazarları üzrə strategiya mütəxəssisi Manuel Oliveri bildirib ki, “siyasi amillərlə yanaşı, hazırda dolların perspektivləri qısamüddətli gəlirliliyinin artması baxımından daha konstruktiv görünür”.
“Report”un analitik qrupu bildirir ki, avrozonanın siyasi arenasında hər hansı kiçik neqativ xəbər, avronun məzənnəsində ciddi satışlara səbəb olacaq. Hazırda 1,23 USD/EUR olan məzənnənin gələn həftə 1,20 USD/EUR-a qədər azalması gözlənilir.

mənbə :
Report.az

‘Report’: Gelen hefte avro ucun gergin kececek