İçeriğe geçmek için "Enter"a basın

İsrail hərbçiləri Qəzzada 22 fələstinlini yaralayıb

24-02-2018

[r32]

24 Fevral, 2018  03:21 xeber – İsrail əsgərləri Fələstinin Qəzza bölgəsində ABŞ-ın Qüdslə bağlı qərarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda 22 fələstinlini yaralayıb.
“Report” “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qedra bildirib.
O, qeyd edib ki, 7 fələstinli Jabaliada, 6 nəfər Qəzzada, 5 etirazçı Bureijdə, 4 nəfər isə Han Yunus ərazisində xəsarət alıb.
Qeyd edək ki, artıq bir neçə aydır ABŞ rəhbərliyinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi qərarına etiraz olaraq Qəzzada etiraz aksiyaları keçirilir. 

mənbə :
Report.az

İsrail herbcileri Qezzada 22 felestinlini yaralayib