İçeriğe geçmek için "Enter"a basın

Vergilər naziri Qətər səfiri ilə görüşüb

23-02-2018

[r32]

23 Fevral, 2018  17:59 xeber – Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb.
“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycanla Qətər arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb.
Söhbət zamanı Qətər şirkətlərinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edilib və qarşılıqlı sərmayələrin genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib.

mənbə :
Report.az

Vergiler naziri Qeter sefiri ile gorusub