[r32]
23 Fevral, 2018 17:10 xeber – Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Baş Mingəçevir dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır.
“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu işləri 5 saylı və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lərin kollektivi həyata keçirir.
Sabah Baş Mingəçevir stansiyasının tək boğazlarında mövcud olan 4 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanacaq. İşlər mərhələli şəkildə davam etdiriləcək.
Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 124 yoldəyişən yenisi ilə əvəz olunub.
mənbə :
Report.az