İçeriğe geçmek için "Enter"a basın

'Goldman Sachs': Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

23-02-2018

[r32]

23 Fevral, 2018  15:29 xeber – “Bu il FED-in uçot dərəcəsini 5 iclasda artırması az ehtimal olunsa da, 2019-cu ildə daha çox artımla üzləşəcəksiz”. “Report” xəbər verir ki, bu açıqlamanı ABŞ-ın nüfuzlui “Goldman Sachs” investisiya bankının baş iqtisadçısı Yan Hatsius (Jan Hatzius) verib.
Hatsius bildirib ki, işsizliyin 3,25-3,5%-ə geriləməsi və inflyasiyanın 2% hədəfinə çatması və onu ötməsi FED-ə uçot dərəcəsini hər rüb bir dəfədən çox artırmağa imkan verəcək.
“Düşünürəm ki, ABŞ iqtisadiyyatı qızma riski ilə qarşılaşıb. Monetar siyasət buna əngəl olmalıdır”, – deyə baş iqtisadçı vurğulayıb.
Qeyd edək ki, FED-in monetar siyasət iclasları hər rübdə 2 dəfə keçirilir. Bu il FED-in 4 iclasda, yəni rübdə bir dəfə uçot dərəcəsini artırması ehtimal olunur.
mənbə :
Report.az

‘Goldman Sachs’: Gelen il FED ucot derecesini daha cox artiracaq