İçeriğe geçmek için "Enter"a basın

G7 ölkələrinin XİN başçıları aprelin sonlarında Torontoda görüşəcək

31-01-2018

[r32]

31 Yanvar, 2018  16:12 xeber – “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü bu il aprelin 22-24-də Kanadanın Toronto şəhərində keçiriləcək.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Tryudo bildirib.
G7 ölkələrinin XİN başçılarının görüşü “Daha təhlükəsiz dünya quraraq” şüarı altında təşkil olunacaq.
Qeyd edək ki, G7 sammiti bu ilin iyunun 8-9-da Kanadanın La Malbe şəhərindəki (Kvebek əyaləti) “Fairmont Manoir Richelieu” hotel-qəsrində baş tutacaq.
Xatırladaq ki, Kanada 2018-ci il yanvarın 1-dən etibarən “Böyük yeddiliy”in sədridir.

mənbə :
Report.az

G7 olkelerinin XİN bascilari aprelin sonlarinda Torontoda gorusecek