[r32]
31 Yanvar, 2018 12:14 xeber – Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının fevralın 2-də keçirilməsi planlaşdırılır.
“Report”un xəbərinə görə, iclasda Komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının bu il yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
mənbə :
Report.az