İçeriğe geçmek için "Enter"a basın

Bakıda Holokostun Beynəlxalq Anım Gününə həsr olunmuş konfrans keçirilib

25-01-2018

[r32]

25 Yanvar, 2018  17:44 xeber – Bakıda ADA Universitetində Holokost qurbanları xatirəsinin Beynəlxalq Anım Gününə həsr olunmuş konfrans keçirilib.
“Report” xəbər verir ki, panel müzakirələrdə ADA Universitetinin prorektoru Fariz İsmayilzadə, BMT-nin İctimai informasiya departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov, İsrailin Azərbaycandakı missiyası rəhbərinin müavini Avital Rosenberq, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, Polşanın Azərbaycandakı səfiri Marek Tsalka iştirak ediblər.
BMT-nin İctimai informasiya departamentinin Azərbaycan təmsilçisi R.Hüseynov çıxışı zamanı müasir nəslin o dövrün hadisələrindən xəbərdar olmasının əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Holokost keçmişin hadisəsi olsa da, indiyə qədər nasizm- neonasizm izləri görünür: “O, mövcud olduğu müddətdə hamı üçün təhlükədir”.
Öz növbəsində, İsrailin Azərbaycandaki missiyası rəhbərinin müavini Avital Rosenberq vurğulayıb ki, II Dünya Müharibəsi zamanı faşistlər yalnız yəhudiləri yox, həmçinin azərbaycanlıları öldürüblər. O, yəhudiləri Holokostdan xilas edən insanların səylərini yüksək qiymətləndirib: “Biz insanları xilas edən  diplomatların əməyini də xatırlayırıq”.
Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab gələcəkdə keçmişdə baş verənləri təkrarlamamaq üçün ölkəsinin Holokostu yadda saxlamalı olduğunu qeyd edib: “Bu baxımdan, yəhudiləri yaşamaq üçün Almaniyaya qaytarmaq vacib idi. Almaniya Konstitusiyasında keçmişdə yaşananlardan çıxarılan nəticələrə əsaslanan prinsiplər var”.

mənbə :
Report.az

Bakida Holokostun Beynelxalq Anim Gunune hesr olunmus konfrans kecirilib