İçeriğe geçmek için "Enter"a basın

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini 1,5 faiz bəndi artırıb

25-01-2018

[r32]

25 Yanvar, 2018  16:59 xeber – Ukrayna Mərkəzi Bankının (NBU) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsi 14,5%-dən 16%-ə yüksəldilib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkədə inflyasiyanın sürətlənməsidir. 
NBU-dan verilən açıqlamada bildirilir ki, ortamüddətli perspektivdə inflyasiya hədəf səviyyəyə endirilənə qədər sərt pul siyasəti davam etdiriləcək. Qərardan sonra Ukraynada ABŞ dollarının məzənnəsi 0,7% azalaraq 28,75 qrivnaya düşüb. 
Qeyd edək ki, sonuncu dəfə Ukraynada uçot dərəcəsi ötən il dekabrın 14-da 13,5%-dən 14,5%-ə çatdırılıb. 

mənbə :
Report.az

Ukrayna Merkezi Banki ucot derecesini 1,5 faiz bendi artirib