İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan XİN-in Dövlət Protokolu İdarəsinin rəisi qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib

25-01-2018

[r32]

25 Yanvar, 2018  15:55 xeber – Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili və Ekvadorun Azərbaycanda akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanı qəbul edib. 
Nazirlikdən “Report”a verilən məlumata görə, Çili Respublikası (mənzil-qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil-qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini Azərbaycan XİN rəsmisinə təqdim ediblər. 
Görüşdə Azərbaycanın sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

mənbə :
Report.az

Azerbaycan XİN-in Dovlet Protokolu İdaresinin reisi qeyri-rezident sefirlerinin etimadnamelerini qebul edib