İçeriğe geçmek için "Enter"a basın

Rusiyada dollar son 9 ayda ilk dəfə 55 rubla qədər ucuzlaşıb

25-01-2018

[r32]

25 Yanvar, 2018  13:14 xeber – Moskva Banklararası Valyuta Birjasında BŞ dollarının məzənnəsi ötən il aprelin 25-dən bəri ilk dəfə 56 rubldan aşağı düşüb. 
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Amerika valyutasının qlobal səviyyədə kəskin ucuzlaşması olub.
Qeyd edək ki, dollar ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin açıqlamalarından sonra son 3 il üzrə rekord həddə dəyər itirib. Xatırladaq ki, amerikalı nazir ucuz dolların ölkə iqtisadiyyatına faydasını vurğulayıb.
Bununla belə, Rusiyada dolların ucuzlaşması həm də dünya bazarlarında “Brent” markalı neftin qiymətinin 71 dollar/barel səviyyəsini ötməsi ilə izah olunur. Qeyd edək ki, qonşu ölkədə dolları ən aşağı qiymətə 2014-cü ilin iqtisadi böhranından sonra – 55,72 rubla alınıb-satılıb. Hazırda isə qiymət 55,82 rubl təşkil edir. 
“Report”u analitik qrupu Rusiyada dolların 54 rubla qədər ucuzlaşa biləcəyini istisna etmir.

mənbə :
Report.az

Rusiyada dollar son 9 ayda ilk defe 55 rubla qeder ucuzlasib